Ermənistanda COVID-19-a yoluxanların sayı 180 mini ötüb

17 Mart 2021 13:23

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 180 141 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 854 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3282 nəfərə çatıb.

Milli.Az