Azərbaycana əczaçılıq məhsullarının idxalı kəskin artıb

17 Mart 2021 11:55

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 81 017,29 min ABŞ dolları dəyərində 5 157,4 ton əczaçılıq məhsulları idxal olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, cari ilin ilk iki ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,4%, həcmi isə 75,7% artıb.

Bu ilin yanvar ayı ilə müqayisədə fevralda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 7%, həcm ifadəsində isə 44,6% azalıb.

Milli.Az