PSJ-də yeni müqavilə

17 Mart 2021 10:50

PSJ futbolçusu Xuan Bernatla yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan müdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, X.Bernat 2018-ci ildən Paris təmsilçisində oynayır. O, indiyə kimi çıxdığı 76 matçda 6 qol vurub, 10 qolun ötürməsini verib.

Milli.Az