"Sadakatsız"ın Dəryası qayıdır

17 Mart 2021 09:22

Türkiyəli aktrisa Özgə Özder "Sadakatsız" serialına geri qayıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, doğuş səbəbi ilə ekran işindən uzaqlaşan aktrisa 23-cü bölümdə Dərya obrazına davam edəcək.

Qeyd edək ki, "Sadakatsız"ın baş rollarını Cansu Dere, Caner Cindoruk, Melis Sezen kimi məşhur aktyorlar canlandırır.

Milli.Az