Yeni nəsil e-kassa aparatlarının tətbiqi ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib - Nazir

16 Mart 2021 20:02

2020-ci ilin I rübündə marketlərdə e-kassa çeki üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 milyon olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, II rübdə 192 milyon, III rübdə 209 milyon, IV rübdə 222 milyon olub:

"Yeni nəsil e-kassa aparatlarının tətbiqi ticarət dövriyyəsinin şəffaflaşmasına təkan verib".

Milli.Az