Toysuz qalan Aslan: "İş axtarıram"

16 Mart 2021 18:54

Müğənni Aslan Hüseynov pandemiyada işsiz qalmaqdan şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Söhbət var" verilişində iş axtarışına çıxdığını söyləyib. O bildirib ki, heç bir gəliri yoxdur:

"Nə edim, iş axtarıram. Toy, nişan yoxdur. İstəyirəm profilimi dəyişim, başqa sahədə işləyim. Heç bir biznesim yoxdur. Ağlım olsaydı, zamanında biznes qurardım".

Milli.Az