Paşinyanı ələ saldığına görə işdən çıxarılan general ehtiyata buraxıldı

16 Mart 2021 18:44

Ermənistan ordusu baş qərargahının sabiq rəis müavini Tiran Xaçaturyan silahlı qüvvələrdən ehtiyata buraxılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan bu barədə müvafiq qərar imzalayıb.

Qeyd edək ki, T.Xaçaturyan bir müddət öncə Nikol Paşinyanı "İsgəndər"lər qalmaqalında lağa qoyduğu üçün baş qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdi.

Milli.Az