Çinli mütəxəssislər tərəfindən optik disklərin həcminin artırılması üçün hazırlanmış qeyri-adi metod ənənəvi diskə rekord həcmdə informasiya yazmağa imkan verir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, ixtiranın müəllifləri Şanxay Elm və Texnologiya Universiteti, RMİT Universiteti və Sinqapur Milli Universitetinin alimləri olublar.
Məlumat sıxlığının artırılması 12 sm-lik optik diskdə 700 TB-dək həcmdə informasiya saxlamağa imkan verir ki, bu da 28 min ənənəvi "Blu-Ray" diskini əvəz edir.
2025-ci ilədək dünyada yaradılacaq məlumatların ümumi həcminin 175 zettabayt olacağı proqnozlaşdırılır.
Milli.Az