Tvitter bu məşhur futbolçunun adını paylaşanları bloklayır – SƏBƏB

18 Mart 2021 20:10

Tvitter sosial şəbəkəsi maraqlı xəbərlə sosial medianın gündəminə gəlib. Hollandiyalı futbolçulardan birinin adını platformada tvit olaraq paylaşan istifadəçilərin hesabları 12 saatlıq bloklanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, hollandiyalı futbolçu Memfis Depay adını paylaşan istifadəçilər belə bir xəbərdarlıq mesajı alıblar: "Gizli məlumatların paylaşılması ilə bağlı qaydaları pozdunuz. Başqalarının şəxsi məlumatlarını onların razılığı olmadan paylaşa bilməzsiniz".

Tvitterin futbolçunun adını niyə qadağan etməsi isə hələlik bəlli deyil. Amma platforma bir müddət əvvəl Nazim Hikmətin şeirini bloklaması ilə də gündəmə gəlmişdi.

Milli.Az