Azərbaycana yanvarda daimi yaşamaq üçün 197 nəfər gəlib

16 Mart 2021 15:58

Yanvar ayında Azərbaycana 197 nəfər daimi yaşamaq üçün gəlib.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, bu ilin yanvarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 197 nəfər gələn, Azərbaycandan isə 22 nəfər gedən qeydə alınıb.

Ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.

Milli.Az