İpoteka fondu kirayə verilən mənzillərin sayını açıqladı

16 Mart 2021 12:27

Satmaq öhdəliyi ilə kirayəyə mənzil verilməsi mexanizmi çərçivəsində bu ilin əvvəlindən martın 16-dək İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 238 mənzil rəsmiləşdirilib və vətəndaşlara verilib.

Milli.Az bildirir ki, bunu Trend-ə Fondun mətbuat katibi Yeganə Ramazanova deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanda karantin rejiminə baxmayaraq, layihəyə kifayət qədər maraq olub və vətəndaşlara 413 mənzil təhvil verilib:

"Fondun balansına mərhələli şəkildə daxil olmuş mənzillərin sayı 1 405-ə bərabərdir. Artıq onlardan 651-i vətəndaşlara verilib".

O əlavə edib ki, İKZF satmaq öhdəliyi ilə kirayəyə mənzil üçün vətəndaşların müraciətlərini 2020-ci ilin martından qəbul etməyə başlayıb.

Milli.Az