ABŞ-ın Corciya ştatının respublikaçılar partiyasından olan senatorları maliyyə savadlılığının artırılması məqsədilə yuxarı sinif şagirdləri üçün kriptovalyutaların tədris proqramına daxil edilməsi barədə qanun layihəsi təqdim etdilər. Qanun layihəsi martın 8-i səsverməyə çıxarılaraq 169 senator tərəfindən qəbul edilib. Yeni qanun layihəsinə əsasən qanunvericilər Corcia Təhsil Şurasını orta məktəb şagirdləri üçün maliyyə savadlılığı tədris proqramını hazırlamağa çağırırlar. Proqram maliyyə ilə əlaqəli 16 sahəni müəyyənləşdirir: qənaət və xərcləmə, investisiya qoyuluşu, pul idarəetməsi, kreditin alınması və vergiyə cəlbedilmə və s. Bu siyahıda kriptovalyutalar da daxil edilib.
Senatorlar hesab edirlər ki, insanların rəqəmsal aktivlər haqqında təməl məlumatları məktəb vaxtından mənimsəməlidirlər. Kriptovalyutalar haqqında tədris modulu məktəbliləri "Bitcoin gələcəyin pul vahidi ola bilərmi?", "Bitcoin avro, dollar və digər dövlət pullarını əvəz edə bilərmi?" kimi suallar üzərində düşünməyə təşviq edəcəkdir.
Milli.Az