Qol vurmadığı stadion qalmadı

16 Mart 2021 11:34

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu növbəti uğura  imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "Kalyari" ilə ona məxsus olan "Sardenya Arena"da da qol vurub. 3:1 hesabı ilə bitən görüşdə portuqaliyalı het-trik edib.

Bununla da Ronaldu unikal göstəricinin müəllifi olub. O, A Seriyasında bütün stadionlarda qol vurub: 18/18.

Milli.Az