Abşeronda 247 min cins toyuq kütləvi şəkildə tələf olub - VİDEO

16 Mart 2021 14:41

Abşeron rayonunda 247 min quş kütləvi şəkildə tələf olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, fərdi sahibkarlıqla məşğul olan Loğman Həsənov bildirib ki, təsərrüfatında 310 min ədəd cins toyuq olub.

Qeyd edib ki, yetişdirilən cins quşlar müəyyən olunmayan virus-bakteriya səbəbindən kütləvi şəkildə tələf olmağa başlayıb. Əraziyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və digər aidiyyatı qurumların əməkdaşları da baxış keçiriblər.

Tələf olan quşlar nəzərdə tutulmuş ərazidə yandırılaraq basdırılıb.

Milli.Az