Daşnaklar Nalbandyanın istefasını tələb edir

28 Aprel 2010 10:31
Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, daşnaklar Nalbandyanın ölkədə Türkiyə ilə münasibətlərin normallaşdırılmasına "cəmi bir neçə opponentin" qarşı çıxması haqda fikrilə razılaşmır. "Əgər Nalbandyan protokollara qarşı çıxan yüz minlərlə insanı bu cür qiymətləndirirsə, istefa haqda düşünməsi yaxşı olardı", - deyə "Daşnaqsütun"dan olan deputat Vaan Ovannisyan bildirib.

Milli.Az