ABŞ-da təyyarə avtomobilin üzərinə düşdü: ölənlər var - VİDEO

16 Mart 2021 11:06

ABŞ-ın Florida ştatının Pembrok-Payns şəhərində təyyarə qəzası baş verib.

APA "NBC" telekanalına istinadən xəbər verir ki, yüngül mühərrikli təyyarə avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində təyyarədə olan iki nəfər ölüb. Avtomobilin sürücü və içində olan uşaq yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Milli.Az