“Çalıquşu”nun Munisəsi illər sonra - FOTO

16 Mart 2021 10:39

Türkiyənin "Çalıquşu" serialında Munisə obrazını canlandıran Minə Çayıroğlu illər sonra müsahibə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ekranlardan uzaq qalan aktrisa yenidən sənətə qayıtmaq fikrindədir.

Keçən il "Günə bakanlar" adlı mahnısını yayımlayan Çayıroğlu sənətin hər növünü sevdiyini bildirib.

Aktrisanın on bir yaşlı oğlu var.

Milli.Az