Ağstafada gənc intihara cəhd edib

16 Mart 2021 08:42

Ağstafada intihara cəhdin qarşısı alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xəlfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Nadir Fəxrəddin oğlunu yaxınları yaşadığı evdə asılı vəziyyətdə tapıblar.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Gəncin hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az