69 yaşlı kişi özünü bıçaqladı - YENİLƏNİB

16 Mart 2021 09:24

09:24

Qazax sakinin hansı şəraitdə bıçaq xəsarəti alması məlum olub.

Milli.Az xəbər verir ki, polis əməkdaşı Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, rayon sakini, 1952-ci il təvəllüdlü Əhməd Şıxlınski özü özünə bıçaq xəsarəti yetirib. 

Faktla bağlı araşdırma davam edir.

----------
08:32

Qazax sakini bıçaq xəsarəti alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

1952-ci il təvəllüdlü Aşıqlınski Əhməd Hətəmpaşa oğlu qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. 69 yaşlı kişi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az