Rusiyada koronavirusun Cənubi Afrika ştammı aşkarlanıb

16 Mart 2021 08:28

Rusiya Federasiyasında koronavirusun Cənubi Afrika ştammına yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə cümə axşamı Rospotrebnadzor federal xidmətinin saytında məlumat verilib.

"28 Britaniya, iki Cənubi Afrika, 16 koronavirusun digər mutasiya ştammı aşkarlanıb. Braziliya ştammı aşkarlanmayıb", - məlumatda deyilir deyilir.

Araşdırmaları Rospotrebnadzor xidmətinin 14 tədqiqat təşkilatı aparır.

Milli.Az