Bakıda kişi boynundan bıçaqlanıb

16 Mart 2021 08:33

Bakının Binəqədi rayonun bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Ağayev Nizami Nüsrət oğlu yaşadığı evdə boyun nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətləri alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktı Binəqədi Rayon Polis İdarəsi araşdırır.

Milli.Az