Özünü plastik cərrah kimi təqdim edən qadın əməliyyat zamanı saxlanıldı - FOTO

15 Mart 2021 18:25

Özünü plastik cərrah kimi təqdim edən qadın saxlanılıb.

Milli.Az Dailymail-ə istinadla bildirir ki, iki dəfə uğursuz əməliyyat etdiyi şəxsi ağrılar içində qoyan 56 yaşlı saxta həkim şikayətlər əsasında tutulub.

The Miami Herald yazır ki, Floridanın Doral şəhərində yerləşən "Millennium Anti-Aging and Surgery Center"də plastik cərrah işləyən 56 yaşlı Alcalira Jimenez De Rodriguez pasiyentin şikayəti əsasında saxlanılıb.

Polislər klinikaya basqın edən zaman o başqa bir xəstəni əməliyyat edirmiş.

Qeyd edək ki, o, birinci pasiyentdən əməliyyatı üçün 2800 dollar alıb.

Milli.Az onun fotolarını təqdim edir:

İsmayıl
Milli.Az