2 nəfər peşə məktəblərində keçirilən buraxılış imtahanından xaric edilib

15 Mart 2021 14:34

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlərin buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 3254 nəfərdən 54 nəfər imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Milli.Az