“Mercedes”lə “Nissan” toqquşdu, sürücü öldü

15 Mart 2021 14:28

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza martın 13-də saat 12 radələrində qeydə alınıb.

Şəhər sakinləri E.Məmmədovun idarə etdiyi "Mercedes" və R.Abdullayevin idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Abdullayev martın 14-də orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az