Belarusun Azərbaycandakı keçmiş səfiri koronavirusdan vəfat etdi

15 Mart 2021 14:02

Belarusun Azərbaycandakı keçmiş səfiri Gennadi Axramoviç 56 yaşında dünyasını dəyişib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sabiq səfir koronavirus infeksiyasından vəfat edib. 

Qeyd edək ki, G. Axramoviç 2015-2020-ci illərdə Belarusun Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri olub.

Milli.Az