Suriyada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı

15 Mart 2021 14:46

Suriyada silahlı münaqişə zamanı həlak olan rusiyalı hərbçilərin sayı açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Andrey Krasov bildirib ki, indiyədək 112 rusiyalı hərbçi Suriyada həyatını itirib.

Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrın 30-dan Suriyada hərbi əməliyyatlarda iştirak edir.

Milli.Az