Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 159 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 275 148, ölənlərin sayı isə 3 650 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 268 565 nəfərin sağaldığı bildirilir.
Milli.Az