Ermənistanda son sutkada COVID-19-dan 10 nəfər ölüb

15 Mart 2021 12:51

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 178 702 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 317 nəfər COVID-19-a yoluxub, 10 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3265 nəfərə çatıb.

Milli.Az