Nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

15 Mart 2021 11:08

"Baktelekom" MMC-yə yeni təyinat olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, Aysel Soltanova "Baktelekom" MMC-nin baş direktorunun müavini təyin edilib.

O, martın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, A.Soltanova bu təyinata qədər "Azərkosmos" ASC-nin Marketinq Departamentinin rəhbəri vəzifəsində çalışıb.

Milli.Az