Müdafiə Nazirliyi yeni görüntülər yaydı - Hərbi kolonlar yola düşdü - FOTO - VİDEO

15 Mart 2021 10:49

Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.

Təlimlər martın 18-dək davam edəcək.

Milli.Az