Qaz təchizatı dayandırılan abonentlərə SMS gələcək - VİDEO

15 Mart 2021 14:13

"Azəriqaz" İstehsalat Birliyi abonentlərə qaz təchizatındakı problemlərlə bağlı sms bildirişlər göndərəcək. Belə ki, əgər hər hansı bir səbəbdən qaz təchizatında dayanma olarsa bu zaman qurum tərəfindən  bir gün əvvəldən sms vasitəsilə vətəndaşlara bildiriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Azəriqaz" abonentləri təbii qaz təchizatındakı dayanmalarla bağlı SMS-lə məlumatlandıracaq.

"Azəriqaz" İstehsalat Birliyi təbii qaz təchizatında hər hansı bir səbəbdən dayandırma olarsa, bu barədə məlumatları abonentlərə SMS bildiriş formasında göndərməyi planlaşdırır.

"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, bu proses ilkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasında reallaşdırılacaq.

Qeyd edək ki, qaz təchizatında dayandırmalara dair SMS bildirişlərin göndərilməsinə yaxın 10 gün ərzində başlanacaq.

Milli.Az