“Tesla” sahibini soyğunçudan xilas etdi, İlon Mask təəccübləndi - FOTO - VİDEO

15 Mart 2021 10:44

"Tesla" elektromobili öz sahibinin həyatını xilas edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ABŞ HDQ zabiti Dreyper Yuns öz elektromobilində əyləşən zaman silahlı soyğunçu ona tərəf yaxınlaşıb və maşının qapısını açmağa cəhd edib. "Ağıllı" avto isə qapının dəstəyini içəri batıraraq, soyğunçunu çaş-baş salıb.

Qapının dəstəyini tapa bilməyən silhalı şəxs nə edəcəyini bilməyərək, bir anlıq silahını yerə salıb. Bundan istifadə edən sürücü qaza basaraq sürətlə ərazidən uzaqlaşıb.

Elektromobilin kamerası hadisəni lentə alıb. Görüntülər artıq polisə təhvil verilib.

"Twitter"də yayılan videoya "Tesla" şirkətinin sahibi İlon Mask da münasibət bildirib. Milyarder öz məhsulunun "hərəkətlərini" təəccüblə qarşılayıb.

Milli.Az