Qarğalar şəhərin üstünü qara bulud kimi aldılar - FOTO

15 Mart 2021 08:43

Bu fotolar sanki qorxu filminin kadrlarını xatırladır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təsvirlər Ərdahan şəhərində qeydə alınıb.

Qarğalar şəhərin üzərini qara bulud kimi alaraq, sakinlərə qorxulu anlar yaşadıblar.

Bir neçə gün ərzində davam edən "qarğa istilası" öncə fevral ayında qeydə alınıb.

Lakin dünən quş sürüsü yenidən Ərdahan səmalarında görünüb.

Milli.Az