Bakıda güclü yanğın - Ölən var

14 Mart 2021 21:59

21:59

Bakıda fərdi yaşayış evində yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

21:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edilir ki, əlavə məlumat veriləcək.

Milli.Az