Bakıda dəhşətli hadisə: ölən var

14 Mart 2021 20:35

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az azerforum-a istinadən xəbər verir ki, hadisə "20 Yanvar" Metrostansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, şəxsi avtomobilinə minmək istəyən 1979-cu il təvəllüdlü Səfərov Pərviz Yelmar oğlunu yük avtomobili vurub. Nəticədə 42 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Milli.Az