İranda 5,1 maqntudalı zəlzələ olub

14 Mart 2021 18:30

Bu gün İranın cənubunda 5,1 maqnitudalı zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Saat 15.34 radələrində baş verən zəlzələnin ocağı Minab şəhərindən 104 km uzaqlıqda, 50 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. 

Milli.Az