Dəniz Sekidən estetik açıqlaması

14 Mart 2021 18:16

Türkiyəli müğənni Dəniz Seki estetik əməliyyatları barədə danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 20 kiloqram arıqlayan sənətçi "nə qədər fotoşop edir" şərhlərinə qəzəbləndiyini deyib:

"Əvvəlki hüznlü, artıq çəkili Dənizi sevmirəm. Sıxıldığım Dənizi basdırdım. 20 kiloqram arıqladım. Fotoşopla bağlı şərhlərə hirslənirəm. Sinə əməliyyatı etdirmişəm. Üzümdə kiçik müdaxilələr var. O qədər də böyük şeylər etdirməmişəm".

Milli.Az