"Metro açılsa, yoluxma payızdakından da çox olar" - İnfeksionist - VİDEO

14 Mart 2021 17:06

Yaxın bir həftə ərzində koronavirusa gündəlik yoluxma sayı 4 rəqəmli olacaq.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, mart bayramlar ayı olduğu üçün yoluxmaların sayında artım olması əvvəldən proqnozlaşdırıldı:

"Hesab edirəm ki, qarşıdakı günlərdə koronaya yoluxanların sayı artacaq. Son günlərin statistikası ondan xəbər verir ki, minimum 3-4, maksimum isə 1 həftə ərzində yoluxma sayı 4 rəqəmli olacaq". 

V. Cavadzadə Bakı metrosunun açılmasının hazırkı durumda məqsədəuyğun olmadığını bildirib:
"Metropolitenin açılmasının tərəfdarı deyiləm. Çünki metro qapalı məkan olduğu üçün yoluxma daha da kəskin şəkildə arta bilər. Məsələn, gün ərzində metrodan istifadə edən 500 min insanın 10 faizi arasında yoluxma halı baş versə, epidemik alovlaşma olar və onun qarşısını almaq mümkün olmaz. Nəticədə isə bu artım ötən ilin payızındakı göstəricini də üstələyə bilər".

Milli.Az