Gənc oğlan Sumqayıt bulvarında özünü dənizə atdı - VİDEO

14 Mart 2021 13:43

Sumqayıtda bulvarında intihara cəhdin qarşısı alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sumqayıt bulvarında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt bulvarında 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri vətəndaş 1991-ci il təvəllüdlü Əmirov Yusif Gülbəy oğlunu  xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az