ATƏT sədrinin Azərbaycana səfərinin təfərrüatları açıqlandı

14 Mart 2021 13:23

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək.

Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Linde səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək. Görüşlər zamanı Qarabağla bağlı danışıqlar aparılacaq, ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Qeyd edilir ki, Ann Linde həmçinin vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.

Milli.Az