"Burak geyimimə qarışmır"

14 Mart 2021 15:02

Türkiyəli aktrisa Fahriye Evcen ötən gün oğlu Karan ilə əyləncə mərkəzindən çıxarkən görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa müxbirlərlə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə etdirdiyi fotosessiya ilə bağlı danışıb:

"Özüm və sevənlərim üçün etdiyim çəkiliş idi. Çox gözəl idi".

F.Evcen müxbirlərin "Burak Özçivit qısqanc biridir, geyimlərinizə qarışır" sualına belə cavab verib:

"Elə münasibətimiz yoxdur. Burak geyimimə qarışmır".

Milli.Az