Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

14 Mart 2021 14:36

"Şeffild Yunayted" baş məşqçisi Kris Uilderlə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmis saytı məlumat yayıb. Tərəflərin qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verdiyi bildirilib.

Komanda 53 yaşlı mütəxəssislə ilə 227 matça çıxıb. Bunlardan 106-sı qələbə, 44-ü heç-heçə, 77-si isə məğlubiyyətlə başa çatıb.

Qeyd edək ki, "Şeffild Yunayted" bu mövsüm Premyer Liqada cəmi 14 xal toplayıb və turnir cədvəlində sonuncudur.

Milli.Az