Fati nə vaxt qayıdır?

14 Mart 2021 13:10

"Barselona"nın futbolçusu Ansu Fati zədəsini sağaltmaq üzrədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu artıq fərdi məşqlərə başlayıb. Onun bərpa prosesinin sürətli getdiyi bildirilib.

Hər şey belə davam edərsə, qvineyalı oyunçu aprel ayında yaşıl meydanlara qayıdacaq.

Bu yaxınlarda əməliyyat olunan futbolçu "Laureus" mükafatına da namizəddir.

Milli.Az