Qəzada xəsarət alan şəxs xəstəxanada öldü

14 Mart 2021 09:16

Gəncədə iki avtomobilin toqquşması nəticəsində ağır yaralan şəxs xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölən şəxs 1980-ci il təvəllüdlü Abdullayev Rövşən Daşdəmir oğludur.

Qeyd edək ki, hadisə  ötən gün səhər saatlarında şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını digər minik maşını ilə toqquşub. 

Qəza zamanı R.Abdullayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az