Qazaxıstanda təyyarə qəzaya uğrayıb - VİDEO

13 Mart 2021 16:50

Nur-Sultan-Alma-Ata marşrutu ilə hərəkət edən An-26 təyyarəsi, Alma-Ata hava limanı yaxınlığında qəzaya uğrayıb.

Milli.Az bildirir ki, bu barədə şənbə günü hava limanının mətbuat xidməti məlumat verib.

"Bu gün saat 17:20-də (Moskva vaxtı ilə 14:20), Alma-Ata hava limanına yaxınlaşarkən, Nur-Sultan-Alma-Ata marşrutu ilə hərəkət edən An-26 təyyarəsi ilə əlaqə kəsildi. Dərhal xəbərdarlıq elan edildi, təcili yardım xidmətləri hadisə yerinə gəldi. İlkin məlumata görə, təyyarə pistin sonunda qəzaya uğrayıb", - mətbuat xidmətinin rəsmi Facebook səhifəsində yerləşdirilən elanda deyilir.

Milli.Az