Sənədləri saxtalaşdırıb - Ata Abdullayev buna görə tutulubmuş

13 Mart 2021 12:21

Xəbər verdiyimiz kimi, özünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb. 

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, A.Abdullayev 2008-ci ildə də sənəd saxtalaşdırma və dələduzluq əməlinə görə həbs olunub.

Onun işinə Ağır Cinayətlər Məhkəməsində baxılıb və barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib.

Milli.Az