Britaniya ordusunu gücləndirmək niyyətindədir

13 Mart 2021 13:39

Britaniya hökuməti silahlı qüvvələrin modernləşdirilməsinə növbəti dörd il ərzində 80 milyard funt sterlinq ayıracaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Britaniya hökuməti əlindəki silahları təkmilləşdirməyə hazırlaşır. Bildirilir ki, söhbət xüsusilə "Challenger 2" quru qüvvələrinin əsas tankının modernləşdirilməsindən gedir.

Londonun güclü silah arsenalı yaratmaq planlarının olduğu da qeyd olunur.

Xatırladaq ki, fevral ayında Britaniya ordusunun kadr çatışmazlığı ilə üzləşməsi xəbəri yayılıb.

Milli.Az