Sabah Bakıda Prezident kuboku start götürür
28 Aprel 2010 09:55
Şahmat Federasiyasından verilən xəbərə görə, mötəbər yarışda Azərbaycanı Avropa çempionları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov təmsil edəcəklər.
Yarışda həmçinin keçmiş dünya çempionu Vladimir Kramnik (Rusiya), Qata Kamski (ABŞ), Yudit Polqar (Macarıstan) və Emil Sutovski (İsrail) yer almışlar.
Dairəvi sistem üzrə keçirilən turnirdə şahmatçılar üç gün sürətli oyunda (rapid), bir gün isə blitsdə ustalıqlarını nümayiş etdirəcəklər. Daha sonra Dənizkənarı bulvarda onların iştirakı ilə seans oyunu təşkil ediləcək.
/AzərTAc/