"Messinin mənim evimdə qalmasına icazə verərəm"

13 Mart 2021 12:14

"Real"ın kapitanı Serxio Ramos "Barselona"nın futbolçusu Lionel Messi haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi "Messinin "Real"a keçməsini istəyərdiniz?" sualını belə cavablandırıb:

"Messinin "Real"da oynamağını istəyərəm? 100 faiz, bəli. Hətta öz evinə yerləşənə qədər mənim evimdə qalmasına da icazə verərəm".

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Milli.Az