Növbəti İsrail-Fələstin toqquşması, nazir yaralandı

13 Mart 2021 09:39

Fələstinin əmək naziri Nəsri Əbu Ceyş yaralanıb. "Qafqazinfo" xəbər verir ki, o, İsrail əsgərlərinin Qərbi Şəriyədəki nümayişlərə müdaxiləsi zamanı xəsarət alıb.

Məlumata görə, nazir Beyt Decen qəsəbəsində qatıldığı nümayişdə İsrail əsgərləri tərəfindən tapança ilə döyülüb, səs bombası ilə ayağından yaralanıb. 

O, Rafidia xəstəxanasına aparılıb, müayinə və müalicədən sonra evə buraxılıb.

İnsidentlə bağlı nazir və Fələstin səlahiyyətliləri tərəfindən hələ heç bir açıqlama verilməyib.

Milli.Az